Ekskavatorçunun diqqəti azyaşlını xilas etdi

Kahramanmaraşda baş verən iki zəlzələ nəticəsində Hatayın Kırıkhan rayonunda 6 mərtəbəli bina dağılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, binada aparılan axtarış-xilasetmə əməliyyatları zamanı ekskavatorçunun həssas davranışı diqqət çəkib.

Belə ki, ekskavatorçu dağıntılar arasından betonu götürərkən hərəkət hiss edib. O, dərhal xilasedici qrupları məlumatlandırıb. 

Nəticədə operatorun diqqəti sayəsində 13 yaşlı Enes yaralı halda dağıntılar altından xilas edilib. 


Share: