EKO KƏND Layihəsi

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Təbiət Dostları” GİB-
nin təşkilatçılığı ilə “EKO Kənd” layihəsi təşkil edildi.
Layihənin əsas ideyası eko kənd anlayışının, idarə edilməsinin və ətraf mühitə təsiri
əhəmiyyətinin gənclərə izah edilməsi və alternativ enerji mövzusunda məlumatlılığın
artırılmasıdır.
Layihə iki mərhələdə təşkil edildi. 1 Dekabr 2023 – 1 Mart 2024 tarixlərini əhatə edən
layihə ilkin olaraq 27-29 Yanvar 2024 Qusar rayonunda təlim-təcrübə düşərgəsi
keçirildi.
Layihədən daha geniş kütlənin məlumatlı olması üçün 17 Fevral 2024 tarixində
“EKO Kənd” adlı Fotosərgi təşkil edildi.
Layihə müddətində keçirilən düşərgə zamanı dəvət edilən mütəxəssislərimiz Sevinc
Saruxanova, Emin Məmmədov və təlimçilərimiz, eyni zamanda idarə heyəti
üzvlərimiz Təmraz Həmidov və Nigar Sadıqlı tərəfindən aşağıdakı mövzularda
müzakirələr aparıldı:
• EKO Kənd və Eko turizm anlayışı;
• EKO Kəndlərin salınması və idarə edilməsi;
• Alternativ enerji mənbələri və təsirləri;
• Tullantıların ətraf mühitə təsiri və çeşidlənməsi;

***

“Təbiət Dostları” GİB 2008-ci ilin sentyabr ayında bir qrup gənc tərəfindən yaradılıb.
Missiyamız – Ölkədə ekoloji maariflənmə sahəsində fəaliyyətləri gücləndirmək və
ictimaiyyətin fəal iştirakı ilə qlobal ekoloji problemlərin lokal olaraq həllinə çalışmaqdır.
Birlik 15 ildən çoxdur ki, ölkədə ekoloji maarifləndirmə sahəsində layihələr həyata keçirir və
müxtəlif beynəlxalq ekoloji tədbirlərdə Azərbaycanı təmsil edir.

Elman Əsgərov

Share: