Düyünün içindən 3 milyon pul çıxdı –Azərbaycan gömrükçülərinin növbəti əməliyyatı FOTO

Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Müstəqil.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Toyota Camry” markalı avtomobilə baxış keçirilib.

Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.

Share: