“DÜŞÜNCƏLƏR” ŞƏMKİRDƏ TƏQDİM OLUNDU

 

Bu günlərdə Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində gənc yazıçı, Dəllər qəsəbə orta məktəbin müəllimi Aygün Adıgözəlovanın “Düşüncələr” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin aparıcısı “Şəmkir” qəzetinin redaktoru Firdovsi Aslan Şəmkir ədəbi mühiti haqqında məlumat verəndən sonra gənc yazıçının yaradıcılığı, “Düşüncələr” kitabının məziyyətləri haqqında danışıb.
Sonra Şəmkir rayon Təhsil Şöbəsinin əməkdaşı Nüşabə Sadıqova çıxış edib, “Düşüncələr” kitabının təqdimat mərasimini əlamətdar hadisə kimi qiymətləndirib.
Z.Abbasov adına Dəllər qəsəbə orta məktəbin direktoru Aynurə Rzayeva çıxış edərək Aygün Adıgözəlovanın “Düşüncələr” kitabının məktəb daxilində müəllimlərin, şagirdlərin necə marağına səbəb olmasından danışıb. Bu kitabın nəşrindən sonra məktəbin bəzi şagirdlərinin bədii yaradıcılıq istedadı olduğu məlum olub.
Dəllər qəsəbə orta məktəbin dil-ədəbiyyat müəllimi (“Düşüncələr” kitabının müəllifi Aygün Adıgözəlovanın da müəllimi olub), Mehparə Məmmədova çıxış etdi. O, kitabdakı esselərdən bəzi hissələri analiz etdi. Kövrək anlar yaşandı.
Şagirdlərdən Nuray Məmmədova, Könül Həsənova, Zilan Sadıqova və Nuridə Hüseynova “Analar”, “Müəllim”, “Keçmişdəki mənimiz”, “Mənimizin səssiz səsləri” esselərindən parçalar söylədilər, müəllimlərinə ürək sözlərini bildirdilər.
Dəllər qəsəbə orta məktəbin direktor müavini Zakir Avdıyev, rus dili müəllimi (A. Adıgözəlovanın müəllimi olub) Aida Əhmədova, dil-ədəbiyyat müəllimi Məhin Məmmədova esselərdəki fəlsəfi fikirlər üzərində düşüncələrini bildirdilər.
Sonra müəllifin uşaqlıq dostu, psixoloq Vüsalə Rzayeva çıxış edərək kitabı oxuyandan sonra çox təısirləndiyini, sanki rahatlıq tapdığını bildirib.
Gənc yazıçının anası və eyni zamanda müəllimi olmuş, məktəbin ingilis dili müəllimi İradə Adıgözəlova da çıxış edərək Aygünün ta uşaqlıq illərindən mütaliəyə, kitablara olan marağımdan danışıb.
Heydər Əliyev Mərkəzinin kitabxanaçısı Günel Rzayeva çıxış edərək Şəmkirdə belə kitab təqdimatlarının tez-tez keçirilməsinin vacibliyindən danışıb.
Tədbirin sonunda gənc yazıçı Aygün Adıgözəlova çıxış edərək tədbirin təşkilatçılaraına, iştirakçıklara zəhməti keçən hər kənə minnətdarlığını bildirdi, oxucularına avtoqrafla kitab hədiyyə etdi.

P.S. Qeyd edək ki, Aygün Aydın qızı Adıgözəlova 7 iyun 1984-cü ildə Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olub. Hazırda Z. Abbasov adına Dəllər qəsəbə orta məktəbində ingilis dili müəllimidir.

Müstəqil.az

Share: