Adamlar
(Aysel Fikrət)
Nə boyük bəladır nə böyük dərddir ,
Düşüb ürəyimdən qaçan adamlar.
Yalandan ömrümə günəş doğulub ,
Sonra qaranlığa köçən adamlar…
Hər günü hədərə gedən ömrümün ,
Hey başı bəlalı betər ömrümün .
Göz yaşı dünyaya yetər ömrümün
Ruhunu canından üzən adamlar…
Ey zalım adamlar, ruhsuz adamlar
Mənimçün bu gündən yoxsuz adamlar!
Bir mən boyda sevgi daşımadınız
Ta gedin başımdan çoxsuz adamlar!
Sevinə bilməyim ?,gülə bilməyim?
Danışa bilməyim? ,dinə bilməyim ?
Acı sözlərinə cavab verməyim ?
Gülüşü üzümdən silən adamlar
Bir vaxt nə pisliyi dəyib ki sizə
dünyadan öc alb belə edirsiz.
Sizə yaşamağa hava su verib
sudan havadan da bezən adamlar !
Məni qandallayıb, zəncirə salıb
Buz kimi baxışlar buz kimi sözlər .
Bu qədər soyuqluq hardandı axı,
Özü soyuğunda donan adamlar..
Mən çıxıb gedirəm, nə xoş halıma
Dəyməyin, siz Allah yuxularıma .
Yuxuda ,xəyalda necə də safdır
Həyatda özündən küsən adamlar …
Müstəqil.Az