Düsseldorfun Moskva ilə “qardaşlığı”na işarət edən bütün lövhələr yığışdırılacaq

Almaniyanın Düsseldorf şəhərinin Moskva ilə “qardaşlaşmış şəhər” olduğunu göstərən bütün nişan lövhələri yığışdırılacaq.

Bu barədə Düsseldorf şəhərinin meri Ştefan Keller məlumat verib.

Tezliklə Ukraynanın yeni “qardaşlaşmış şəhər”inin – Çernovtsının nişan lövhələri quraşdırılacaq.

Düsseldorfun Moskva ilə “qardaşlığı” Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra dayandırılıb.

Mənbə: Yevropeyskaya pravda

Share: