Düşərgə iştirakçısı Şuşada misilsiz hədiyyə aldı — Video

Diaspor Gənclərinin III Yay Düşərgəsinə Macarıstandam qatılan Mirgünay Bayramova qədim Şuşada aldığı misilsiz hədiyyə barədə təəssüratlarını bölüşüb.

Bu barədə “Qafqazinfo”ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Gənc soydaşımız Diaspor TV-yə müsahibəsində bildirib ki, “Fəxr Zirvəsi” mövzusunda təşkil edilən panel iclasını heç bir zaman unutmayacaq: “Bu, bizim üçün ən mükəmməl və ömənli görüşlərdən biri idi. Həmin görüşə Azərbaycan Ordusunun gizli qəhrəmanları – “Dəniz pişikləri”nin bir qrup üzvü gəlmişdi. Onları II Qarabağ müharibəsindən tanıyırıq. Necə böyük qüvvə olduqlarını, düşmənin canına vəlvələ saldıqları barədə çox eşitmişdik”.

O, bildirib ki, iclasdan sonra mayor rütbəli cəngavərimizin formasındakı emblemini ona hədiyyə edməsi gözlənilməz olub: “Bu, mənim üçün böyük fəxr idi. Mən emblemi sinəmə taxdım, qəhrəmanlarımıza hərbi salam verərək birlikdə şəkil çəkdirdim. Macarıstana döndükdən sonra emblemi lövhəmə taxacağam”.


Share: