Düşənbədə bütün çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılacaq

Türkiyədə baş verən zəlzələlərdən sonra Düşənbə meriyası bütün çoxmərtəbəli binaların möhkəmliyini yoxlamaq barədə göstəriş verib.

Tacikistan paytaxtının Memarlıq və Tikinti Komitəsinin rəhbəri Nizom Mirzozodanın sözlərinə görə, Düşənbədə tikilən və tikilməkdə olan çoxmərtəbəli binalar 8,5-9 bal gücündə zəlzələyə tab gətirmək üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, respublika ərazisində obyektlərin tikintisinə icazə regiondan asılı olaraq, yerli seysmik aktivlik nəzərə alınmaqla verilir.

O, həmçinin qeyd edib ki, Türkiyədə baş verən zəlzələdən sonra binaların, o cümlədən, yaşayış binalarının möhkəmliyi məsələsinə xüsusi diqqət yetiriləcək.

Komitə tikilməkdə olan obyektlərin bünövrə və svaylarının möhkəmliyini yoxlamaq üçün ayrıca laboratoriya yaratmağı planlaşdırır. Yoxlamalar məcburi olacaq.

Mənbə: eadaily.com

Share: