Dünyanın məşhur muzeyi bağlandı

Bu gün Fransada Luvr Muzeyi bağlanıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkədə pensiya islahatları ilə bağlı etirazların olmasıdır.

Belə ki, hazırda Fransada pensiya yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Bu etirazlara muzeyin əməkdaşlarının da qatılacağını bildirilib.

Yeni qanuna görə, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.


Share: