Dünyanın iki nəhəng gücü QARŞI-QARŞIYA…

Çin ABŞ-a məxsus 3 media orqanında fəaliyyət göstərən amerikalıların iş icazəsini ləğv edib.

Müstəqil.az xəbər verir ki, bu barədə Çin hökumətindən açıqlama verilib. Bildirilib ki, iş icazəsi ləğv edilən jurnalistlərin ölkə ərazisində fəaliyyət göstərməsinə icazə verilməyəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ oxşar addım atıb. Dövlət Departamenti “People Daily”, “China Daily” və Çinin beynəlxalq televiziyasına qarşı qadağalar tətbiq edib.(Publika.az)

Share: