Dünyanın bütün daşınmaz əmlakının dəyəri bilindi: 300 trilyon dollar.

Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, dünyadakı bütün daşınmaz əmlakın dəyəri müəyyənləşdirilib: 300 trilyon dollar.
Xəbərdə deyilir ki, Savills World Research-in tədqiqatlarına istinadən ekspertlər daşınmaz əmlakda əsas pay yaşayış üzrə daşınmaz əmlakın üzərinə düşdüyünü qeyd edirlər – 220,6 trilyon dollar. Müqayisə üçün deyək ki, bəşər tarixində indiyədək 7,6 trilyon qızıl çıxarılıb. Bu yaşayış üzrə daşınmaz əmlakın 3,5% -ni təşkil edir.
Ekspertlər onu da qeyd edir ki, burda ən böyük pay Şimali Amerika və Avropadakı yaşayış üzrə daşınmaz əmlakın payına düşür – 44%. Nəzərə alsaq ki, bu bölgədə dünya əhalisinin cəmi 17% yaşayır, bu çox böyük faizdir.
Keçən il bütün yaşayış üzrə daşınmaz əmlakın dəyəri 8% artaraq 220,6 trilyon olub.

Share: