Dünyanın ən uzun şüşə körpüsü istifadəyə veriləcək- FOTO

Çində dünyanın ən uzun şüşə körpüsü istifadəyə veriləcək.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, Xibey əyalətində inşa edilən körpü 488 metr uzunluqda, 2 metr enindədir. Yerdən hündürlüyü isə 218 metrdir.

Körpünün inşasında 4 sm qalınlığında 77 şüşə paneldən istifadə edilib. Onun 70 ton çəkisi var.

Memar Liu Çiçi “Mavi körpü” adı verilən körpünün eyni anda 2000 nəfərə davam gətirmək potensialına sahib olduğunu deyib. Ancaq körpüyə eyni anda yalnız 500 nəfərin çıxışına icazə veriləcək.

Müstəqil.Az

Share: