Dünyanın ən şimalındakı buz meydançası açılıb

Rusiyanın Svalbard adasındakı Barentsburq kəndində dünyanın ən şimalındakı buz meydançası açılıb.

Bu barədə Rusiyanın Uzaq Şərqin İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Açılış mərasiminə Rusiyanın Svalbarddakı baş konsulu Andrey Çemerilo da qatılıb.

Bildirilib ki, buz meydançasının yaradılmasında Rusiyanın “Arktikuqol” dövlət müəssisəsi iştirak edib.

Mənbə: riafan.ru

Share: