Dünyanın ən gözəl şəhəri seçildi — Fotolar

İtaliyanın Venesiya şəhəri dünyanın ən gözəl şəhəri seçilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, şəhər reytinqdə 83,3 faizlik nəticə göstərib.

Venesiya dəfələrlə dünyanın ən gözəl şəhəri seçilib.

Qeyd edək ki, Venesiya UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib
O, “Dənizlər kraliçası” adlandırılır.

Venesiyanı hər il təxminən 20 milyonadək turist ziyarət edir.


Share: