Dünyanın ən gözəl qadın polisləri və yaşadığı ölkələr…

Polis deyiləndə ilk ağla gələn kişi polislərdir. Ancaq, bu gün sizə polis deyiləndə ilk ağla gəlməməsinə baxmayaraq ən az kişilər qədər ölkələrin təhlükəsizliyi məsələsində böyük rol sahibi qadın polislərdən bəhs edəcəyik. Dünyanın ən gözəl qadın polisləri və yaşadıqları ölkələri təqdim edirik:

1. Rusiya

RusiyaGözəl qadın dedikdə ruslardan bəhs etməsək doğru olmaz. Buna görə də, siyahımıza ilk olaraq rus qadın polislərlə başlayırıq. 1900-cü illərin əvvəlindən bəri Rusiyanın polis təşkilatında fəal iştirak edən qadınlar sözün əsl mənasında rus təhlükəsizlik qüvvələrinin əvəzolunmazlarıdır. Çünki olduqları mühitdə gözəllikləri ilə diqqət çəkən rus qadın polislər hər bir cinayətkarın ağlını başından alıb onu asanlıqla tuta bilirlər. Eyni zamanda Rusiyanın təhlükəsizlik orqanlarında işləyən çoxlu sayda gözəl və cazibədar qadın əvvəllər bir çox xarici ölkələrdə agent kimi işləmişdir. Yəqin ki, bu günümüzdə də Rusiya xarici siyasətində bu  üsuldan məharətlə istifadə edir.

2. Ukrayna

UkraynaKeçək digər bir gözəl qadınları məşhur ölkə olan Ukraynaya. Keçmişdə SSRİ-nin tərkibində olan Ukraynada  uzun illərdir ki, qadınlar polis orqanlarında əsas yer tutublar. Ukrayna dövlət rəhbərliyi də qadınlarının nə qədər gözəl və təsirli olduqlarını bilirlər ki, polis birliklərində xüsusilə qadınlara vəzifə verirlər. Bundan başqa, polis olmaqdan əvvəl təhsil alan qadınlar ilk növbədə vəzifə başında necə sürətli və gözəl makiyaj etməyi və saç yığmağı öyrənirlər.

3. İslandiya

İslandiyaÖlkənin adı sizə soyuq gələ bilər,ancaq bu  ölkədə xidmət edən qadınlar heç də soyuq deyil. 300000 əhalisi olan bir ölkənin təhlükəsizliyindən məsul bu gözəl və cəlbedici qadınlar qanunları tətbiq etməkdə heç də kişilərdən geri qalmırlar. Təbii qəhvəyi saçları, gözəl üzləri və məsum gülümsəmələri olan bu qadınların əllərindən qətiyyən heç bir məhbus qaça bilmir.  Bir çox adama görə islandiyalı qadın polislər vaxtlarının çoxunu gözəllik salonlarında keçirsələr də, həqiqət bundan tamamilə fərqlidir.

4. Argentina

ArgentinaGözəl qadın dedikdə bir çox insanın ağlına Latın ölkələri gəlir. Cənubi Amerikanın ən gözəl qadın polislərinin yaşadığı ölkə Argentinadır. Dəri rəngləri və gözəllikləri ilə hər bir cinayətkarın ağlını başından alan bu qadın polislər eyni zamanda olduqca ağıllı və güclüdürlər.

5. ABŞ

ABŞAmerikanın polis qüvvələri dünyanın ən güclü polis təşkilatlarından biridir. Əlbəttə ki, polis təşkilatına bu gücü təkcə fiziki mənada möhkəmliyi vermir, eyni zamanda gözəl və cazibədar qadınları da verir. Ümumiyyətlə, amerikalı qadınlar gözəldir, lakin polis əməkdaşı olan qadınlar daha da xoş görünüşlü və cazibədardırlar. Amerikan filmləri sayəsində bunun tez-tez şahidi oluruq.

6. Almaniya

Almaniya2-ci Dünya Müharibəsinin sonundan etibarən polis təşkilatlarında yer tutmağa başlayan qadınlar Almaniyanın təhlükəsizlik məsələsində böyük məharət göstərirlər. Kişilər ilə birlikdə ağır silahları daşıyan və qarşıdurmaya girən qadınlar eyni zamanda gözəllikləri ilə də hər kəsi təsir altına salırlar. Sizcə də, yaşıl formalarının içində Alman polisləri çox gözəl görünürlər?

7. Kanada

KanadaDünyada cinayət hadisələrinin ən az olduğu ölkə olan Kanadada vəziyyətin belə olmasını ölkədə vəzifəli, güclü və gözəl qadın polislərə baxmaqla anlaya bilərsiniz. Tünd göy formaları ilə  bu gözəl qadınlar ölkənin təhlükəsizliyi məsələsində olduqca əhəmiyyətli rol oynayırlar.

8. Rumıniya

RumıniyaRumıniyada isə polislərin qətiyyən zarafatla arası yoxdur. Həm kişi, həm də qadınların sərt bir sistemdən keçdiyi Rumıniyada polislər məhbuslar mövzusunda çox həssasdırlar. Əminik ki, bir çoxunuz bu gözəl və cazibədar qadınların amansız və sərt olduğunu xəyal belə edə bilmirsiniz. Lakin Rumıniyada xüsusilə qadın polislər cinayətkarlara qarşı çox sərt və bağışlamaz mövqedədirlər.

9. Türkiyə

Türkiyə Ölkənin daxili təhlükəsizliyi üçün həyatlarını təhlükəyə atan türk qadın polislərindən də danışmasaq olmaz. Həm gözəllikləri, həm ağlı, həm də cəsarətləri ilə türk qadınları dünyada məşhurdurlar.

10. Azərbaycan

AzərbaycanKeçən ilin statistikasına görə daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır.  Azərbaycanda qadınların polisdə və təhlüksizlik orqanlarında işləməsi o qədər də geniş yayılmasa da, dünyanın qadın polislərinə baxdıqda gözəlliklərində heç də geridə qalmırlar, hətta bir qədər öndədirlər. Nardaran əməliyyatlarında qadın polislərin də fəal iştirak etməsi ötən illərdə diqqətdən yayınmamışdı. Onların hər birinə uğurlar arzulayırıq!(kenquru.az)

Share: