Dünyada qanunsuz orqan alveri ilə bağlı tədavül 600 milyon dollara çatdı…

Dünyada qanunsuz orqan alveri ilə bağlı illik tədavül 600 milyon dollara çatıb.

Bu barədə “RİA Novosti” BMT-nin müvafiq qurumuna istinadən məlumat yayıb.

Bu rəqəmlər BMT-nin narkotik vasitələr və cinayətlərlə mübarizə üzrə idarəsinin rəsmiləri tərəfindən insan, orqan və toxuma alveri problemləri ilə bağlı Qvatemalada keçirilən ilk regional konqresdə səslənib.

Konqresdə qeyd olunub ki, iqtisadi və coğrafi mövqe baxımından Qvatemala qanunsuz insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkə üçün cəlbedici regiona çevrilib.

Qvatemalanın cinsi zorakılıq, istismar və insan alveri problemləri üzrə katibliyinin məlumatına əsasən, ötən il istismarla bağlı 159, insan alveri ilə bağlı 274, cinsi zorakılıqla bağlı 10 mindən çox şikayət daxil olub.

Müstəqil.Az

Share: