Dünyada koronaya yoluxanların sayı 16 milyonu ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 16 milyon nəfəri ötüb.

Müstəqil.Az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 16 046 986 nəfərə çatıb, 644 582 nəfər vəfat edib.

Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ-da (4 178 021), Braziliyada (2 394 513) və Hindistanda (1 385 635) qeydə alınıb.

Müstəqil.Az

Share: