Dünyada koronavirusa yoluxanların sayı 150 milyonu keçib

Dünyada son sutka ərzində 878 386 nəfər koronavirusa yoluxub, 14 572 nəfər ölüb. 

Müstəqil.Az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 150,110,310 yoluxma hadisəsi, 3,158,792 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 45 faizdən çoxu Cənub-Şərqi Asiyanın (402,972) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (223,217) ilə Avropa (180,677) bölüşür.

Müstəqil.Az

Share: