Dünyaca məşhur sənətçi vəfat etdi

Məşhur musiqiçi Ceff Bek vəfat edib.

Kulis.az xəbər verir ki, bütün zamanların ən nüfuzlu rok gitaraçılarından biri olan Ceff Bek 78 yaşında vəfat edib.

Bekin ölümündən sonra rəsmi Twitter səhifəsində bəyanat dərc olunub. Açıqlamada, “Cef Bekin vəfatı xəbərini ailəsi adından dərin hüznlə bölüşürük. O, dünən qəfildən bakterial meningit xəstəliyinə tutulduqdan sonra dinc şəkildə dünyasını dəyişib” deyilir.

Share: