Dünya şöhrətli reper bir gecədə 91 min dollar pul xərclədi…

Dünya şöhrətli reper Cey Zi bir gecədə restoranda 91 min dollar pul xərcləyib.

Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, reper ötən həftə “Roc Nation Sports”un sədri Xuan Perezin ad günündə iştirak edib. Dünyanın ən varlı müğənnisi sayılan ulduz Manhettandakı Zuma restoranına yaxın dostları ilə birlikdə gedib. Sonda Cey Zi rekord səviyyədə hesab ödəyib.

Beş nəfərlik qrup bir gecədə 40 şüşə şampan sifariş edib. İçkilərini yan masalara da paylayan reper hesaba 80 min 35 dollar ödəyib, ofisantalara isə 11 min 100 dollar məbləğində bəxşiş verib.

Hesab qəbzinin şəkli sosial şəbəkədə paylaşılıb.

Share: