ABŞ-da hicabı təbliğ edən reklam lövhələri…

Amerikanın Illinoys ştatındakı İslam təşkilatlarından biri hicab haqqında sosial reklam təşkil edib. 
 
Müstəqil.az xarici İslam saytlarına istinadla xəbər verir ki, üzərində hicablı qadın təsviri olan  nəhəng bilbordlar(reklam lövhələri)   ştatlararası iki avtomagistralda  və digər yollardan birində quraşdırılıb.
Beləliklə,  “GainPease” təşkilatının dəstəyi ilə yerli əhali müsəlman mədəniyyəti barədə əsas məlumatları əldə edə biləcək. Hər kəs bilbordda göstərilən telefon nömrəsinə zəng edərək  İslam haqqında suallarına ixtisaslı mütəxəssislərdən cavab ala bilər.
Müstəqil.Az

Share: