Dünya liderlərindən başsağlığı mesajları

Dünya liderləri kraliça II Yelizavetanın vəfatı ilə bağlı başsağlığı veriblər.

“Qafqazinfo” xəbər verir ki, ABŞ Prezidenti Co bayden kraliçanın ölümündən kədərləndiyini bildirib: 

“Kraliça II Yelizaveta Böyük Britaniya və Birləşmiş Ştatlar arasında güclü ittifaqı möhkəmləndirən, əvəzolunmaz siyasi xadim idi”.

Rusiya Preizdenti Vladimir Putin başsağlığı mesajında yazıb: 

“Onilliklər ərzində II Yelizaveta haqlı olaraq təbəələrinin sevgi və hörmətindən, dünya səhnəsindəki nüfuzundan həzz aldı”.

“Onun uzun və mühüm hakimiyyəti dövründə dünya dramatik şəkildə dəyişdi və Kraliça sabit, məsuliyyətli rəhbərliyin simvolu və əxlaq, insanpərvərlik və vətənpərvərlik çırağı olaraq qaldı. Kraliça öz həyatında və xalqına xidmətində dürüstlük, vəzifə və qədim ənənələr ruhunu təcəssüm etdirib”, – deyə İsrail prezidenti İshaq Hersoq bildirib. 

Böyük Briatniyanın keçmiş Baş naziri Boris Conson isə kraliçanın ölümünü “ölkə üçün ən kədərli gün” adlandırıb. 

“Kraliça II Yelizavetanın vəfatını ürək ağrısı ilə öyrəndik”, – deyə Kanadanın Baş naziri Castin trüdo bildirib. 

Roma Papası Fransisk başsağlığı mesajında yazıb: “Mən kraliçanın ölkənin və birliyin rifahı naminə yorulmaz xidmət həyatına, vəzifəyə sədaqət nümunəsinə hörmətlə yanaşaraq, onun əbədi istirahəti üçün yas tutan və dua edənlərin hamısına qoşuluram”.

 


Share: