Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.

İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.

Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.

Share: