Dünya Gənc Türk Yazarlar Birliyi Fransa Senatına müraciət ünvanladı

Dünya Gənc Türk Yazarlar Birliyi Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə görə Fransanın yaradıcı qurumlarına müraciət ünvanlayıb.

Kulis.az sözügedən müraciətin mətnini təqdim edir:

“Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə Fransanın sülh siyasətindən çox regionda sülhə mane olmaq cəhdidir. Fransa 30 il müddətində keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə düşən heç bir vəzifəni yerinə yetirmədi. Əksinə, münaqişədən əziyyət çəkmiş, 1 milyondan artıq qaçqını olan Azərbaycan əleyhinə olan addımlardan çəkinmədi, münaqişə Azərbaycanın öz torpaqlarını azad etməsi ilə nəticələndikdən sonra da bu mənfi münasibət artan xətt üzrə davam etdi. Azərbaycan tarixən büün qonşuları ilə münasibətlərində dostluq, humanizm prinsiplərinə sadiq olmuş, regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirmişdir. Azərbaycanın münasibəti Avropa ölkələri ilə də daim artan xətt üzrə inkişaf etməkdədir. Sizə ünvanladığımız bu müraciətin yekununda Dünya GəncTürk Yazarlar Birliyi olaraq, Fransa Senatının bu qətnaməsini qətiyyətlə pisləyir, bu kimi addımların sülhə qarşı provakasiyadan başqa bir şey olmadığını diqqətinizə çatdırırıq. Fransa Senatının bu addımına yaradıcı qurumlar olaraq, insani münasibətinizi gözləyirik”.

Qeyd edək ki, müraciətin mətni Fransanın yaradıcı qurumlarına və yaradıcı şəxslərinə göndərilib.

Postulez auprès des institutions littéraires et des écrivains français !

La résolution intitulée L’imposition de sanctions contre l’Azerbaïdjan et son retrait immédiat du territoire arménien, l’exigence de respecter l’accord de cessez-le-feu du 9 novembre 2020 et la promotion de toutes les initiatives visant à établir une paix durable entre les deux pays est une tentative d’entraver la paix dans la région plutôt que la politique de paix de la France. Pendant 30 ans, la France n’a rempli aucun de ses devoirs de pays co-président du groupe de Minsk de l’OSCE dans le sens du règlement de l’ancien conflit du Haut-Karabakh. Au contraire, il n’a pas hésité à prendre des mesures contre l’Azerbaïdjan, qui a souffert du conflit et compte plus d’un million de réfugiés, et cette attitude négative s’est poursuivie de manière croissante même après que le conflit a abouti à la libération des terres azerbaïdjanaises. Historiquement, l’Azerbaïdjan a été fidèle aux principes d’amitié et d’humanisme dans ses relations avec tous ses voisins et a rempli tous ses devoirs pour l’instauration de la paix dans la région. Les relations de l’Azerbaïdjan avec les pays européens se développent selon une ligne toujours croissante. Au terme de cet appel à vous, en tant qu’Union mondiale des jeunes écrivains turcs, nous condamnons fermement cette résolution du Sénat français, et nous portons à votre attention que de telles démarches ne sont qu’une provocation contre la paix. En tant qu’institutions créatives, nous attendons votre attitude humaine à cette étape du Sénat français.

Share: