Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 10-də Amerika fond bazarlarında “Dow Jones” indeksi 1.09% – 38,461.51 bəndədək, S&P 500 indeksi 0.95% – 5,160.64 bəndədək, Nasdaq indeksi isə 0.84% – 16,170.36 bəndədək azalıb.

“-Economics”in məlumatına görə, Avropa fond bazarlarında isə Fransanın CAC-40 indeksi 0.05% – 8,045.38 bəndədək azalıb, FTSE 100 indeksi 0,33% – 7,961.21 bəndədək, Almaniyanın DAX indeksi isə 0.11% – 18,097.30 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,07% azalaraq 1.0736 dollar təşkil edib.

Share: