Dünənə qədər “mədəniyyət nazirliyinə” mədhiyyə həsr edən şair və yazarlar…

Husame Bin Sarxan

Düşündüyümü yazmaq istəyəndə içimdən qəribə bir “pıp…” havası kükrədi.

Bu havanın tərkibində sevinc də vardı, kədər də… iş də vardı, işverənlik də… Bir sözlə cart və curt. Məsələ ondadır ki, yeni koronavirus öz əzəmət və keyfiyyəti ilə çox mətləblərə aydınlıq gətirdi.

Məsələn, dünənə qədər “mədəniyyət nazirliyinə” mədhiyyə həsr edən şair və yazarlar, bu gün utanıb xəcalət çəkmədən “represiya və təzyiqlərə” məruz qaldıqlarını bəyan etməklə (halbuki özləri təqaüd, heç bir özəlliyi olmayan övladları kənd mədəniyyət evləri və klublarından əmək haqqı alırlar) dilənçiliklərini nümayiş etdirirlər.

Dilənçiliklə kitab buraxdırıblar, dilənçiliklə AYB üzvü olublar, sonra kitabı və AYB-ı sinələrinə sipər edərək dilənçilik fəaliyyətlərini daha da genişləndiriblər.

Yaxşı arqumentləri də var bu tip yazarların: şairi dövlət və xalq yaşatmalıdı. Nəvələriynən və cibinə girdiyi insanlarla çəkdirdiyi şəkilləri paylaşır, amma dara düşəndə dövlət və xalq deyə anqırararaq, dövlətdən və millətdən kömək umur.

Elə bilir Xəqanidi ya da Nizamidi. Allah sizi güldürsün.

Share: