Dr. Ali Kafkasyalının “Səməd Vurğun” kitabının təqdimatı keçirildi.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə 7 dekabr 2022-ci ildə Gəncliyə Yardım Fondunda Prof. Dr. Ali Kafkasyalının “Səməd Vurğun” kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı bildirdi ki, Avrasiya Yazıçılar Birliyində nəşr olunmuş, Prof. Dr Ali Kafkasyalının bizlərə təqdim etdiyi bu kitab, müasir dövrümüzdə xalq şairi Səməd Vurğunun yaradıcılığına tutulmuş böyük bir işıq, yeni baxış, yeni nəfəsdir.
Tədbirdə çıxış edən xalq şairi Səməd Vurğunun nəticəsi, Səməd Vurğun ev muzeyinin rəhbəri Vurğun Vəkilov, tarixçi-etnoqraf, jurnalist İsmayıl Umudlu, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova, şair Səadət Buta, hərbçi-şair Aidə Şirin, şair Vaqif Osmanlı və başqaları çıxış edərək bildirdilər ki, Səməd Vurğun dünya şöhrətli şair, dramaturq, publisistik, tənqidçi, alim, içtimai xadim kimi, Azərbaycanla yanaşı, ölkə hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət qazanmışdır. Bu kitabda Səməd Vurğun adına görülmüş ən böyük töhvələrdən biri olduğunu xüsusilə vurğuladılar.
Prof. Dr. Ali Kafkasyalı təqdimata onlayn qoşularaq, kitab haqqında geniş məlumat verdi və çıxışının sonunda iştirakçılara öz dərin təşəkkürlərini bildirdi.
Kitab Bolşevik zülmü illərində yurdundan, yuvasından didərgin düşən, varından, canından olan Türk Dünyasının dəyərli övladlarının əziz xatirəsinə ithaf olunmuşdur.
Kitabın ön söz müəllifi Prof. Dr. Muhammet Savaş Kafkasyalı, türkcədən çevirən İsmayıl Umudludur.

Share: