Dovşan ilinin xüsusiyyətləri hansıdır? — Sakit, zərif, yoxsa…

Çin təqviminə görə, 2023 dovşan ili olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, il dovşanın xüsusiyyətlərini özündə saxlamağı bacaracaq.

2023-cü ilin  dovşan  kimi məhsuldar  olacağı proqnozlaşdırılır.

Çin astrologiyasına görə, dovşanların mülayim, sakit, zərif və ayıq olması ilə yanaşı, cəld, bacarıqlı, xeyirxah, səbirli və məsuliyyətli, bəzən də öz fikirlərini başqalarına açıqlamaq istəməyən və reallıqdan qaçmağa meylli olduqları proqnozlaşdırılır.

Həmçinin, dovşanlar insanlara həmişə mehriban münasibət bəsləməklə, onlara güvənən və mehriban hiss etdirən incə təbəssümlə xarakterizə olunur.

Çətin problemlərlə qarşılaşdıqda heç vaxt təslim olmurlar, əksinə həll yollarını tapmaq üçün səylərini davam etdirirlər. Bu, o deməkdir ki, 2023 çətinliklərə baxmayaraq uğurlu olacaq.


Share: