Dövlət başçıları, nazirlər Azərbaycanlı yazarı təltif və təbrik edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, RF Saxa (Yakutiya) Respublikasının dövlət başçısı Arsen Nikolayev və Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşin, TÜRKSOY başqanı, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı, MM Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, tanınmış şair-publisist Əkbər Qoşalını təltif edib.Bir 1 nəfər və bunu deyən yazı "казакстан республикасынын президент алгыс экбар кошалыга Beariлi акын, жазушы, журналист ретнде казак каламгерлеринн шыгармаларын эзербайжан TлİHE аударып олардын кеннен танылуы мен насихатталуына, ek елдн медениет пен эдебиет саласындагы озара карым-катынасын ныгайтуга косып келе жаткан елеул γлесінi̇3 γшίн жене 50 жаска толган мерейтойынызга орай Ciзre алрысымды блдремин. озінизге зор денсаулык, шыгармашылык табыс тлеймi̇н. отбасынызга бак-береке, Tocбeлri тапсырыллы thouach касым-жомарт токаев лстана, акораа, 2023 жылгы ceyip" şəkili ola bilər

Bir 3 nəfər şəkili ola bilər

Müstəqil.Az bildirir ki, Əkbər Qoşalının 50 illik yubileyi ilə bağlı bu günlərdə Beynəlxalq Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəsində çıxış edən Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayevin Təbrik məktubunu, “Bars” nişanını, Prezidentin Sərəncamı ilə verilən “Qazax Xalqı Assambleyası-25” yubiley medalını, Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Dövlət Mükafatı laureatı, Xalq şairi Rkail Zəydulla Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşinin Təşəkkürnaməsini, Dövlət Şurasının nişanını və Tatarıstan Yazıçılar Birliyinin Təbrik məktubunu, həmçinin Əkbər Qoşalının Kazanda çıxmış şeirlər kitabının ilk nüsxəsini ona təqdim edib.

Bir 3 nəfər və platforma şəkili ola bilər

Əkbər Qoşalını eyni zamanda Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı Murad Qadilşin rəsmi məktubla təbrik edib, qardaş xalqlarımız arasındakı ədəbi-mədəni əlaqələrə verdiyi töhfələrə görə ona Təşəkkürnamə təqdim edib.

Bir 2 nəfər şəkili ola bilər

Habelə Bakıya səfər edən Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini, “Çolpan” jurnalının baş redaktoru, Rusiya Yazıçılar Birliyinin katibi Qavril Androsov Saxa dövlət başçısı Arsen Nikolayevin imzası ilə verilmiş dövlət təltifini – “Dostluq” medalını və Saxa Yazıçılar Birliyi başqanı Natalya xanım Xarlampyevanın Təbrik məktubunu, eləcə də, respublikamızda səfərdə olan TÜRKSOY başqan müavini Prof.Dr. Bilal Çakıcı TÜRKSOY başqanının təltifini Əkbər Qoşalıya təqdim edib.

Bir 2 nəfər şəkili ola bilər

Əkbər Qoşalının 50 illik yubiley tədbirində çıxış edən Arxangelskdəki Azərbaycan Diaspor Təşkilatının başqanı Tərlan Qasımov Arxangelsk Vilayət Hökumətinin Mədəniyyət naziri Oksana xanım Svetlovanın, Arxangelsk şəhər meri Dimitri Morevin, Arxangelsk şəhər Mədəniyyət İdarəsinin rəisi Natalya xanım Zarubinanın təltiflərini,
Saxa-Yakuyita İl Tüməninin (Parlamentinin) deputatı, Saxadakı Azərbaycan Diaspor təşkilatının başqanı Əliş Məmmədov təmsil etdiyi respublikanın dövlət təltifi haqqında Sərəncamın surətini yubilyara təqdim edib.
Azərbaycanlı yazarın ünvanına Qazaxıstanın İnformasiya və İctimai İnkişaf naziri Akademik Darxan Kıdıralidən, Azərbaycanın Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanovdan da Təbrik məktubu daxil olub

Bir 4 nəfər şəkili ola bilər.

Çuvaşıstandansa yubilyarın ünvanına üç təbrik, bir mükafat gəlib. Çuvaşıstan Milli Yazıçılar Birliyinin (ÇMYB) başqanı, Xalq yazıçısı, Akademik Mişşi Yuxmanın rəhbərlik etdiyi müvafiq Mükafat komissiyasının qərarı ilə Əkbər Qoşalı Albert Kanaş adına Mükafata layiq görülüb. ÇMYB və “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin (ÇADC) yubilyara ünvanladığı Təbrik məktublarını ÇADC başqanı Aqil Əliyev, Çuvaşıstan Professional Yazıçılar Birliyinin Təbrik məktubunu isə bu Birliyin təmsilçisi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair Marina Karyagina təqdim edib.
Yubilyarı Başqurdistan Yazıçılar Birliyi, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistanın Termiz Dövlət Universiteti rəhbərliyi, Udmirtiya Milli Kitabxanası da təbrik edib.

Qırğız Milli Yazıçılar Birliyinin Bakıya təşrif buyurmuş başqanı, Əməkdar Mədəniyyət xadimi Nurlan Kalıbekov isə Birliyin Təbrik məktubunu və “Xidmətlərə görə” medalını Əkbər Qoşalıya təqdim edib.

Bir 6 nəfər şəkili ola bilər

Qırğız Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekov Azərbaycanlı yazara qırğız, “TRT Türkmənistan Masası”nın rəhbəri, jurnalist, ictimai xadim Murat Toylu türkmən, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rkail Zəydulla tatar, TÜRKSOY Yazıçılar Birliyinin başqan müavini, AYB sədrinin müavini, şair-tərcüməçi, esseist, ictimai xadim Səlim Babullaoğlu isə özbək çapanı və papağı hədiyyə edib.

Bir 1 nəfər şəkili ola bilər

İraq Türkmanlarının tanınmış nümayəndəsi, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı, şair-publisist, jurnalist, ictimai xadim Dr. Şəmsəddin Kuzəçi Əkbər Qoşalıya başqanı olduğu Mərkəzin təltifini, Təbrik məktubunu və İraq bayrağının motivləri əsasında hazırlanmış hədiyyə bağışlayıb. Şəmsəddin Kuzəçi həmçinin yubilyarın Akarada çıxmış şeirlər kitabının ilk nüsxəsini də ona təqdim edib.

Bir 1 nəfər və kütlə şəkili ola bilər

Qazaxıstandan Azərbaycana təşrif buyurmuş nümayəndə heyəti – ABAY TV-nin prodüsseri, tanınmış şair Tanagöz Tolkınqızı, Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru, şair Janargül Kadırova, Qazaxıstan Yazıçılar Birliyinin üzvü, teleaparıcı Janayım Auğanbayqızı, “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı, istedadlı gənc şair Batırxan Sərsənxan isə Qazax mədəni irsinin motivləri əsasında hazırlanmış hədiyyələrlə yanaşı Qazaxıstan Yazıçılar Birliyi (QYB) başqanı Uluğbek Esdevletin, QYB Astana filialının başqanı, şair Dövlətkərəy Kapoğlunun Təbrik məktublarını təqdim ediblər.

Share: