“Dörd qardaşın dastanı…” adlı sənədli film çəkildi

 

 

44 günlük döyüşlərdə vuruşmuş 4 qardaş haqqında  sənədli film çəkilib.  “Dörd qardaşın dastanı…” filmi Vətən müharibəsində iştirak etmiş 4 qardaşın qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışır. “Azərbaycantelefilm”in istehsalı olan bu ekran əsərinin çəkilişləri  əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, millət vəkili Arzu Nağıyevin dəstəyi ilə çəkilən filmin  senari müəllifi və rejissoru Elnurə Kazımovadır. Redaktoru Sadıq Elcanlı, direktoru Sahib Heybətovdur.

Filmin yaradıcı heyətinə Elxan Rüstəmov, Elşən Bədəlov (operatorlar),  Azər Kərimov (dron operatoru), Yaqub Həsənov (montaj rejissoru), Ceyhun Ağayev (səs rejissoru), Əliabbas Qasımov, Fərid Rəsulov (səs operatorları), Vəfa Bağırova (komputer qrafikası), Məlahət Əhməd (produsser) və başqaları daxildir. Mətni Toğrul Səfərov və Gülnar Səma oxuyub.

Filmdə Dövlət Təhlükəsizlik xidmətinin, Müdafiə Nazirliyinin, Azərbaycan Televiziya və radio verilişləri QSC-nin arxiv materiallarından istifadə olunub.

Üçü ixtisaslı zabit, biri müddətdən artıq xidmət edən qulluqçu olan qardaşların ataları Mahir müəllim  də birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı olub. Səməd, Elnur, Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu kimi Vətən müharibəsində hava hücumundan müdafiəni təmin ediblər. Afiq isə Murovda artillerist sürücü kimi hərbi silah-sursatın çatdırılmasında xüsusi fədakarlıq göstərib. Filmdə qardaşların döyüşlərdə göstərdiyi müstəsna xidmətlər, Vətən müharibəsi zamanı körpəsindən yaşlısına kimi insanlarda olan Vətən sevgisi, vətən eşqi işıqlandırılıb.

 

Gülnar Səma

 

Müstəqil.Az

 

Sin descripción disponible.

Sin descripción disponible.

Share: