DOOSAN markasının rebrendiqinin təqdimatı keçirildi — Fotolar

13 Sentyabr Azərbaycanda 2008-ci ildən bəri istifadə olunan, özünü keyfiyyət və səmərəliyi baxımından doğruldan Cənubi Koreya istehsalçısı Hyundai Doosan Infracore şirkəti DOOSAN markasının rebrendinqini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, rebrendinq edilmiş yeni marka DEVELON adlanır.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, xüsusi təyinatlı texnika və tikinti texnikaları istifadə edən dövlət qurumları və özəl sektorun nümayəndələri iştirak ediblər.

Şirkətin MDB ölkələri üzrə nümayəndəsi Willy Park tədbiri açıq elan edərək gələn qonaqları salamlayıb. O, HD Hyundai İnfracore istehaslçısının 1937-ci ildən bu günə kimi fəaliyyət göstərdiyi, bu illlər ərzində keçdiyi inkişaf yolu haqqında dəvətliləri məlumatlandırıb.

Yeni təqdim olunan DEVELON markası sələfi olan DOOSAN markasını əvəzləyir. Yeni marka DEVOLOP (İnkişaf) və ONWARD (İrəli) sözlərinin birləşməsindən yaranıb. DEVELON məhsulları dünyada istifadəçilər arasında yaranmış və uzun illər nəticəsində formalaşan “Keyfiyyət”li, “Səmərə”li və “Dözüm”lü imicini saxlayaraq, yeniliklər yaradaraq yeni adla qlobal bazarda Top 5-liyə yüksəlməyi özünə hədəf qoyub. Bu yolda bütün texnoloji yeniliklər və həll yolları yeni istehsal olunacaq məhsullara tədbiq olunacaq. Əsas məqsəd müştərilərə səmərəli və keyfiyyətli həll yolları yaratmaqdır.

İstehsalçı bu təbdirini bir başa təşkil etməklə, daim sahibkarların yanında olduqlarını, yerli nümayəndə ilə birlikdə DEVELON markası ilə bağlı yaranacaq bütün hallara tez bir zamanda reaksiya verəcəyinə təminat verib.

DEVELON məhsulları və markası ilə maraqlanan şəxslər aşağıda qeyd olunan telefon nömrələri vasitəsi ilə əlaqə saxlaya bilərlər.

+994 50 235 49 97

+994 50 273 04 84

+994 50 265 34 80

+994 51 233 61 65


Share: