“Donbass və Luqansk Ukraynanın bir hissəsidir”

“Rusiya Ukraynaya işğal planlaşdırmır və hazırda bunu həyata keçirmir”.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov CBS telekanalının efirində bildirib.

Rusiyanın heç bir ölkədən ərazi almağa çalışmadığını deyən Antonov, ölkəsinin hələ də Donbası Ukraynanın bir hissəsi hesab etdiyini qeyd edib.

“Biz heç bir ölkənin ərazisini ələ keçirməyə çalışmırıq. Mən təsdiq etmək istərdim ki, Donbass və Luqansk Ukraynanın bir hissəsidir”.

Səfir NATO-nun Şərqdə genişlənməsinin əleyihinə olduğunu deyib.

“Bu gün problem Ukraynada deyil, problem gələcəkdə dünya düzəninin necə olacağıdır. Əsas məsələ hamı üçün möhkəm təhlükəsizlik təminatlarının birgə hazırlanmasıdır”,- deyə Anatoli Antonov əlavə edib.

Müstəqil.Az

 

Share: