Donald Tramp: “Rusiya mənə kömək etməzdi”

ABŞ prezidenti Donald Tramp ABC telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya 2016-cl ildə keçirilmiş prezident seçkiərində onun qələbəsində maraqlı olmayıb.

Tramp bununla bağlı deyib: “Rusiya mənə kömək etməzdi. Düşünürəm ki, neft və silahlı qüvvələrə dair mövqeyimə görə məni prezident kimi görmək istəyən son dövlət Rusiya ola bilərdi”. Amerikalı lider əlavə edib ki, onun məqsədi neftin qiymətinin aşağı salınmasıdır, bu isə Moskva üçün sərfəli mövqe deyil.

Xatırladaq ki, Tramp ABŞ prezidenti seçildikdən dərhal sonra Rusiyada ümumi şadyanalıq hökm sürürdü, Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski isə Dövlət Dumasının deputatlarına qonaqlıq vermişdi.

 

Müstəqil.Az

Share: