Doğum günü tədbirinə SİLAHLI HÜCUM: 13 ölü, 4 yaralı

Meksikanın Verakruz ştatının Olmek bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.

Müstəqil.az xəbər verir ki, bir qrup şübhəli şəxs bir restoranda keçirilən doğum günü tədbirinə silahlı hücum edib.

Hadisə nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlərin hamısı restoranda uşaqlarının doğum gününü qeyd edən ailədən olub. Onlardan 5-i qadın, 1-i azyaşlıdır.

Polis şübhəli şəxslərin axtarışına başlayıb.

Share: