Doğum evində yeni doğulmuş uşaqlara azan oxunması üçün xüsusi azan oxunma otağı açıldı

Dağıstan Respublikasının Xasavyurt şəhərinin Doğum(Perinatal) Mərkəzində yeni doğulmuş uşaqlara azan oxunması üçün  xüsusi məkanın  təntənəli açılışı keçirilib.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, tədbirdə şəhər İmamlar şurasının sədri Kazım Temirbulatov, Xasavyurt rayonunun imamı Rəcəb Xanmırzəyev, “İnsan” xeyriyyə fondunun nümayəndələri və başqaları iştirak ediblər.
“Insan” fondunun Xasavyurt  şöbəsinin rəhbəri Maqomed İbrahimqadjiyev qeyd edib ki, doğum evlərində belə məkanların vacibliyini vurğulayıb.  Kazım Temirbulatov isə yeni doğulmüş körpələrə azan və iqamə oxunmasının səbəbləri barədə danışıb.
Tədbirin sonunda Doğum mərkəzinin baş həkimi Aljanat Hacıyevaya azan otağının açılışına dəstək verdiyi üçün təşəkkür məktubu təqdim olunub.

Share: