“Disney”də ixtisarlar başlayır – Hədəf 7000 işçi

Disney-in CEO-su Bob Iger şirkətdən 7000 işçinin işdən çıxarılacağını bildirib.

Kulis.az xəbər verir ki, CEO bu barədə CNN-ə məlumat verib.

Onun sözlərinə görə, tezliklə şirkətdə ixtisarlar olunacaq: “İxtisar zamanı 7 minə yaxın işçinin işdən çıxarılması planlaşdırılır. Disney-in işçilərini ixtisar etmək, şirkətin fəaliyyətini tənzimləmək üçün xərclərin azaldılmasının bir hissəsidir. Bir çox həmkarların və dostların Disneydən ayrılması bizim üçün olduqca ağırdır. Amma həmişə əlimizdən gələni etməliyik ki, Disney bütün dünyada – indi və gələcəkdə – izləyicilərinə müstəsna əyləncələr təqdim etməyə davam etsin”.

Qeyd edək ki, işçilərin ixtisarı üç mərhələdə baş verəcək. Birincisi bu həftə başlayacaq və tezliklə rəhbərlər işdən çıxarılacaq işçiləri bu haqda xəbərdar etməyə başlayacaqlar. Aprel ayında ikinci, daha böyük ixtisar mərhələsi baş tutacaq və bu müddət ərzində bir neçə min işçi ixtisar olunacaq. Daha sonra şirkətin planlaşdırdığı 7000 iş yerini ixtisar etmək məqsədinə çatmaq üçün “yaydan əvvəl” üçüncü ixtisar mərhələsi olacaq.

Share: