DİN: Zəngilanda təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları xidməti fəaliyyətini bərpa edib.

Bu barədə Müstəqil.Aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Zəngilan rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirirlər: “Rayon ərazisində postlar qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib”.

 

Müstəqil.Az

Share: