Diananın əlinin heykəli hərraca çıxarıldı — Qiymət

Şahzadə Diananın bir əlinin eynisi (tökülmə heykəl) gələn həftə auksionda satışa çıxarılacaq.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, heykəl əlin ilkin satış qiyməti təqribən 46 min dollardır.

O, Kolçester şəhərində Rimen Densi adlı evdə satışa çıxarılacaq. Diananın əlini heykəltəraş Oskar Nemon düzəldib.

Qeyd edək ki, Diana 1997-ci ildə avtomobil qəzasında müəmmalı şəkildə ölüb.


Share: