Deputatdan “Kristal Abşeron”la bağlı onun adından yayılan açıqlamaya — Reaksiya

Millət vəkili Razi Nurullayev onun adından “Kristal Abşeron” şirkəti ilə bağlı yayılan açıqlamaya münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, deputat bu barədə feysbuk hesabında yazıb:

“Vallah ayıbdır. Mənə sual verilib və cavab vermişəm. Niyə yalandan “Kristal Abşeron” şirkətini yazmısınız? Bu şirkətin adını çəkməmişəm axı. Belə biabırçılıq niyə edirsiniz?”.

Deputat qeyd edib ki, “Kristal Abşeron” Azərbaycanda tanıdığı ən dürüst tikinti şirkətlərindən biridir və bu şirkətdə demək olar ki, hər kəslə dostdur:

“Dostluq bir yana, amma bu şirkətə şər-böhtan atmaq yaraşmaz”. 

Qeyd edək ki, R.Nurullayev bina tikintisi ilə bağlı açıqlama verib. O, açıqlamasında binaların tikinti qaydalarından kənar tikilməsini, hətta bir çox qanunsuz məsələlərə göz yumulduğunu bildirmişdi.


Share: