Deputat parlamentdə soruşdu: “Rəsulzadə və Nuru Paşa ilə bağlı nə etmişik?”

“Bildiyimiz kimi, gələn il Cümhuriyyətin 100 illik yubileyidir. Bununla bağlı tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün dövlət başçısı öz həssas mövqeyini göstərdi”.

Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa deyib.

F.Mustafa Cümhuriyyətin yubileyinə lazımi münasibətin olmadığını bildirib: “Ancaq hesab edirəm ki, biz hələ millət olaraq bu həssaslığı göstərə bilmirik. Artıq yubileyinin keçirilməsinə 6 ay qalıb. Qonşu ölkələrin yanaşması bizdən daha fərqlidir. Cümhuriyyətin yaranmasının birbaşa 2 şəxsin adı ilə bağlıdır. Bunlardan birincisi Məmməd Əmin Rəsulzadədir. Digəri isə Nuru Paşadır ki, Qüdərt Həsənquliyevlə birgə müraciət etdik, ancaq hələ ki, Nuru Paşanın abidəsi qoyulmayıb. Rəsulzadənin isə yaşadığı evin vəziyyəti ürəkaçan deyil. Bəs biz bu iki şəxsiyyətlə bağlı nə etmişik? Hesab edirəm ki, bu suala biz cavab verməyə hazır deyilik”.  /Cebhe.info/

Share: