“Delta” ştammından qorunmaq üçün nə qədər antikor lazımdır?

“Delta” ştammından qorunmaq üçün 2000 BAU miqdarında antikorların olması kifayətdir. Bunu mediaya müsahibəsində Rusiya Elmlər Akademiyasının müxbir üzvü, virusoloq Sergey Netesov deyib.

Netesov qeyd edib ki, “Omikron”la bağlı belə statistik məlumatlar hələ ki toplanmayıb.

“Xəstələnməmək üçün, əlbəttə ki, çox yüksək rəqəm lazımdır, lakin xəstəliyin ağır keçməsinin qarşısını almaq üçün 2000 BAU kifayət edir”, – o bildirib.

Müstəqil.Az

Share: