Deku bəzi sirləri açdı: “Messi ABŞ-yə köçməyi çoxdan planlaşdırırdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Messinin “Barselona”ya qayıtması heyrətamiz bir şey olardı, çünki o, tarixin ən yaxşı oyunçusudur, lakin hər şey bizim artıq gördüyümüz kimidir və siz onun xoşbəxt olduğunu görə bilərsiniz. Bu isə ən vacib məsələdir”.

Bu sözləri “Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda isə Kataloniya klubunun idman direktoru olan Deku deyib.

“Barselona”nın idman direktoru Lionel Messinin “İnter Mayami”yə keçidinin bəzi detalları barədə də danışıb: 

“Mən uzun müddətdir ki, Messi ilə dostluq edirəm. Onun ABŞ-yə köçməyi məsələsi çoxdan planlaşdırılırdı. O, uzun müddət idi ki, bu fikir haqqında danışırdı. Mən danışıqlarda iştirak etməmişəm. Aydındır ki, Messi klub tarixinin ən böyük kumirlərindən biridir”. 

Mənbə: Marca

Share: