DÇ-2018: İngiltərə-İsveç – Hesab açıldı

Harri Makvayn matçın 30-cu dəqiqəsində İngiltərə millisini hesabda irəli çıxardı: 1-0.

***

Bir neçə saat sonra 2018 Dünya Çempionatının 1/4 finalında İsveç İngiltərə ilə qarşılaşacaq.

Müstəqil.az xəbər verir ki, artıq komandaların start heyətləri bəlli olub.

İSVEÇ: Olsen, Kraft, Lindelöf, Qranqvist, Avqustinson, Klaesson, Larsson, Ekdal, Forsberq, Berq, Toivonen

İNGİLTƏRƏ: Pikford, Maquire, Stones, Valker, Trippier, Yanq, Henderson, Alli, Linqard, Sterlinq, Keyn.

Dünya Çempionatı

1/4 final

18:00

İsveç – İngiltərə

Samara. “Samara Arena”

Bu komandalar tarixdə ilk dəfə 1923-cü ildə qarşılaşıb. İsveçin paytaxtında baş tutan yoldaşlıq oyununda İngiltərə 4:1 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşma həm də İngiltərənin ilk qalibiyyəti kimi tarixə keçib.

Tərəflər arasında keçən 23 matçda hər komanda 7 dəfə qalibiyyət əldə edib 9 matç bərabərliklə bitib. İngiltərə 35, İsveç 31 qol vurub.

İsveç bu rəqibi qarşısında ilk qalibiyyətini 1949-cu ildə əldə edib. II Dünya Müharibəsindən sonra Stokholmda oynanan rəqabətin 4-cü matçında İngiltərə ilk məğlubiyyətini yaşayıb. İsveç 1979-2006-cı illər arasında İngiltərə ilə oynadığı 12 matçda məğlubiyyət üzü görməyib.

İSVEÇ DÜNYA ÇEMPİONATINDA

Dünya Çempionatında 12-ci dəfə mübarizə aparan İsveç mundial tarixində 51-ci matçına çıxacaq. Avropa komandası bu günədək 50 matçda 19 qalibiyyət, 13 bərabərlik, 18 məğlubiyyət əldə edib. 80 qol vurub, 71 qol buraxıb.

İNGİLTƏRƏ DÜNYA ÇEMPİONATINDA

İngiltərə mundialda bu günədək 66 matça çıxıb, 28 qalibiyyət, 21 bərabərlik, 17 məğlubiyyət yaşayıb. 88 qol vurub, 60 qol buraxıb. 1966-cı ildə ev sahibliyi etdikləri Dünya Çempionatının qalibi olublar. O gündən bəri qatıldıqları 9 mundialda yarımfinaldan yuxarı çıxmayıblar.

Zümrüd

***

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, əvvəlcə İsveç və İngiltərə yığmaları üz-üzə gələcəklər.

İsveç 1/8 finalda İsveçrəni 1:0 hesabı ilə üstələyib. İngiltərə isə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda Kolumbiyanı penaltilər seriyasında məğlub edib.

Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. İlk dəfə 2002-ci il mundialında baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. 2010-cu il mundialındakı görüş də bərabərliklə başa çatıb – 2:2. Dünya çempionatları tarixində 5 dəfə 1/4 finala vəsiqə qazanan İsveç yığması, 1938, 1958 və 1998-ci il mundiallarında isə yarımfinala yüksəlib. 1966-cı il mundialının qalibi olan İngiltərə, 2006-cı il dünya çempionatından sonra ilk dəfə ¼ final matçında çıxır. İngilislər 1990-cı il dünya çempionatından sonra bu mərhələni keçə bilmirlər.

Günün digər oyununda isə ev sahibi Rusiya ilə Xorvatiya yığması münasibətlərinə aydınlıq gətirəcək. Rusiya 1/8 finalda İspaniyanı, Xorvatiya isə Danimarkanı penaltilər seriyasında məğlub edib. Komandalar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar. Rusiya yığması SSRİ dağılandan sonra ilk dəfə bir mundialda ¼ finala yüksəlib. Xorvatiya isə 1998-ci il mundialında Almaniyanı məğlub edərək yarımfinala vəsiqə qazanıb.

DÇ-2018, 1/4 final

7 iyul

18:00. İsveç – İngiltərə

Hakimlər: Byörn Kuypers, Sander van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Antonio Mateu Lahos (İspaniya).

Samara. “Samara Arena”

22:00. Rusiya – Xorvatiya

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Canni Sikazve (Zambiya).

Soçi. “Fişt” stadionu.

Share: