Azərbaycan Gürcüstandan elektrik enerjisinin idxalını dayandırıb

Azərbaycan Gürcüstandan elektrik enerjisinin idxalını dayandırıb.

“Azərenerji” ASC-dən Oxu.Az-a verilən xəbərə görə, hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir.

Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir.

Qeyd edək ki, “Azərenerji” ASC tərəfindən qidalandırılan istehlakçılar 100 faiz elektrik enerjisi ilə təchiz edilib. “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 kilovoltluq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.

Share: