Daşkəsəndə avtomobil aşıb: Xəsarət alanlar var

Daşkəsəndə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, Yuxarı Daşkəsən qəsəbəsində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1989-cu il təvəllüdlü O.Məmmədov və 1990-cı il təvəllüdlü O.İsayev xəsarət alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: