Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına “TikTok”dan istifadəni qadağan etdi

Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına iş üçün istifadə etdikləri cihazlarında Çin sosial media tətbiqi “TikTok”dan istifadəni qadağan edib.

Bu barədə martın 6-da nazirlikdən məlumat verilib.

“Müdafiə Nazirliyi əməkdaşlarına iş cihazlarında “TikTok” tətbiqindən istifadəni qadağan etmək qərarına gəlib. Qərar Kibertəhlükəsizlik Mərkəzinin 24 fevral 2023-cü il tarixli tövsiyələrinin davamı olaraq qəbul edilib. Qərara əsasən, bütün əməkdaşlar iş telefonlarında və digər cihazlarda tətbiqi silməlidirlər”, – deyə qurumdan bildirilib.

Xatırladaq ki, bundan əvvəl “TikTok”dan istifadə Ağ Ev, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən də qadağan edilmişdi.

Mənbə: eurointegration.com.ua

Share: