Daha onlarla rus hərbçisi əsir alındı

Ukraynanın Nikolayev vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun daha onlarla hərbçisi əsir alınıb.

Müstəqil.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlara əsasən üst-başları palçıq içində olan əsirlər əllərini qaldırmış vəziyyətdə sıra ilə gedirlər.

Xatırladaq ki, indiyədək Rusiya ordusunun 2 mindən çox hərbçisinin əsir alındığı bildirilir. Ukrayna hərbçiləri deyirlər ki, Rusiya əsgərlərinin döyüşmək üçün motivasiyası aşağıdır və bəzən döyüş başlayan kimi texnikanı atıb qaçırlar.

 

 

Müstəqil.Az

Share: