Daha bir şəhidimizin nəşi ailəsinə təhvil verildi — Foto

Ermənistanın təxribatı nəticəsində şəhid olan Rzayev Tərlan Pərviz oğlunun nəşi Mingəçevirdə ailəsinə təhvil verilib.

Yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumatına görə, şəhidimiz bu gün səhər saat 10-da Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən İsmayıllı rayonundan olan əsgər Tərlan Rzayevin tərxis olunmasına iki ay qalmışdı.

Allah rəhmət eləsin!

 


Share: