Daha bir erməni müğənni xalq mahnımızı oğurladı

Daha bir erməni müğənni xalq mahnımızı oğurlayıb.

Kult.az xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi qeyd edib.

O bildirib ki, ermənilər “Girdim yarın bağçasına” adlı mahnımızı “Qarabənizim yoxdur” adı ilə oxuyublar:

“Bu gözəlçənin adı Halbuki Babaxanyandır. O, erməni müğənnisidir. İnsafən desək, yaxşı da oxuyur, amma bir qüsuru var. Bütün ermənilər kimi, Azərbaycan xalq mahnılarını oğurlayır. Baxa bilərsiniz: “Girdim yarı bağçasına” mahnısını “Qarabənizim yoxdur” adı ilə ermənicə oxuyur”.

Müstəqil.Az

Share: