Dağıstanda güclü külək minlərlə sakini işıqsız qoyub

Dağıstanda güclü külək elektrik enerjisinin kəsilməsinə səbəb olub.

xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin teleqram kanalında məlumat verilib.

“Dağıstanda sürəti 25 m/s-ə çatan güclü külək elektrik enerjisinin kəsilməsinə səbəb olub. Saat 18:00-a olan məlumata görə, 57 yaşayış məntəqəsində 127 mindən çox istehlakçı işıqsız qalıb”, – məlumatda deyilir.

İdarədən verilən məlumata görə, qəza-bərpa işlərinə 30 briqada – 89 nəfər və 31 xüsusi texnika cəlb olunub.

Dağıstanın güclü küləklə əlaqədar bəzi qurumlar xüsusi iş rejiminə keçiblər.

Share: